Fransadan əzmkar qələbə
Dünya çempionatının 1-ci turunun oyunları keçirilir. Son çempion Fransa Avstraliya ilə qarşılaşıb.
Matç ”yaşıl qitə” təmsilçisinin üstünlüyü ilə başlayıb. 9-cu dəqiqədə Kreyq Qudvin hesabı açıb. Lakin avropalılar ruhdan düşməyib və hissənin sonuna qədər 2 dəfə fərqlənib. Öncə Adrien Rabyo, daha sonra Olivye Jiru səhnəyə çıxıb – 2:1.
İkinci yarıda da hücumlarını davam etdirən fransalılar daha iki dəfə fərqlənib. Jiru dublunu rəsmiləşdiribsə, Kilyan Mbappe DÇ-2022-də qol hesabını açıb – 4:1.
Qeyd edək ki, qrupun digər matçında Danimarka Tunislə qolsuz bərabərlik edib.