Fransada iki itki

Fransada iki itki

Mərakeşlə oyunöncəsi Fransa millisində itkilər baş verib. Yığmanın iki üzvü – Deotşankul Yupamekano və Orelyen Çuameni millinin bu gün keçirilən məşqində iştirak etməyib.

Çuameni baldırından zədə alıb və bərpa prosesi keçir. Lakin onun dünya çempionatının yarımfinal oyununda iştirakı şübhə doğurmur. Yupamekano isə boğaz ağrısından şikayətləndiyi üçün məşqçilər korpusu ona istirahət verib.

ETOPAZ

Əvvəlki yazı

Verratti PSJ-də qalacaq

Növbəti yazı

Kudus “Ayaks”dan ayrılacaq