Fransada azarkeşlər meydana axışdı, oyun dayandırıldı
Fransa Liqa1-də növbəti qalmaqal yaşanıb. Bu, VI turun “Lans” – “Lill” görüşündə baş verib.
Qarşılaşma ikinci hissənin gedişində dayandırılıb. “Lans”ın azarkeşləri meydana axışaraq “Lill” fanatları ilə dava etməyə çalışıb.
Polislər və stüardlar aranı sakitləşdirməyə müvəffəq olub. Qısa fasilədən sonra görüş bərpa olunub və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, III turda “Nitsa” – “Marsel” görüşü azarkeşlərin meydana axını üzündən yarımçıq qalıb.