Fransa Tunisə, Argentina Polşaya qarşı

Fransa Tunisə, Argentina Polşaya qarşı

Bu gün Qətərdə keçirilən DÇ-2022-də dörd oyun keçiriləcək. III turun matçları ilə C və D qruplarında mübarizə başa çatacaq.

Öncə D qrupunun komandaları 1/8 finala ikinci vəsiqə üçün mübarizə aparacaq. Avstraliya – Danimarka görüşü bu baxımdan həlledici xarakter daşıyır. Artıq qrupdan çıxan Fransa ilə üz-üzə gələcək Tunisin şansları isə minimuma bərabərdir.

C qrupunda hər iki vəsiqənin sahibi son turda bəlli olacaq. Polşa və Argentina matçı böyük maraq kəsb edir. Digər oyunda isə Səudiyyə Ərəbistanı və Meksika görüşəcək.

DÇ-2022

Qrup mərhələsi

III tur, 30 noyabr

D qrupu

19:00. Tunis – Fransa

“Edyukeyşn Siti” stadionu

19:00. Avstraliya– Danimarka

“Al Janub” stadionu

C qrupu

23:00. Polşa – Argentina

Stadion 974

23:00. Səudiyyə Ərəbistanı – Meksika

“Lusail” stadionu

e-Topaz

Əvvəlki yazı

1/8 finalın ilk cütləri bəlli oldu

Növbəti yazı

Kyellini “Yuventus”a qayıdır