Fransa tam heyətlə məşq etdi
Fransa millisi DÇ-2022-nin final oyununa tam heyətlə hazırlaşır. Didye Deşamın sərəncamında olan 24 futbolçunun hamısı bugünkü məşqə qatılıb.
Bir neçə gündür xəstəlikdən əziyyət çəkən Rafael Varan, Teo Ernandes, Orelyen Tçuameni, Kinqsli Koman, İbrahima Konate, Dayot Upamekano və Adrien Rabio komandaya qoşulub. Onların sabahkı finalda iştirak etməsində problem qalmayıb. Xatırladaq ki, Kərim Benzema və Lukas Ernandes yığmanın düşərgəsinə xeyli əvvəl tərk edib.
Qeyd edək ki, DÇ-2022-nin Fransa və Argentina arasında final görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.