Fransa millisinin Azərbaycanla matç üçün heyəti bəlli oldu

Fransa millisinin Azərbaycanla matç üçün heyəti bəlli oldu

Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

İkiqat dünya çempionlarının baş məşqçisi Didye Deşam yığmaya 24 futbolçu dəvət edib:

Qapıçılar: Lik Şevalye, Mayk Menyan, Bryis Samba;

Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano;

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni, Uorren Zair-Emri;

Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram.

Qeyd edək ki, Fransa yığması noyabrın 13-də Ukraynanı qəbul edəcək, 3 gün sonra isə Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Ayaks”da ayrılıq

Növbəti yazı

De Rossi rəsmən “Cenoa”da