Fransa millisində rekord

Fransa millisində rekord

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio UEFA Millətlər Liqasında İtaliya ilə matçda erkən qol vurub. “Marsel”in futbolçusu oyunun 59-cu saniyəsində hesabı açıb.

Həmin qol Fransa yığmasında son 40 ildə rəsmi səfər matçlarında (1984-cü ilin oktyabrında Patrik Battistonun Lüksemburq millisinin qapısına vurduğu qoldan sonra) vurulan ən erkən qol olub.

İtaliya – Fransa matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Kökçüyə Premyer Liqadan təklif

Növbəti yazı

Niderland millisində ciddi itkilər