Fransa millisində itki

Fransa millisində itki

Fransa millisi DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Azərbaycan yığmasının qonağı olacaq. Komanda matça ciddi itki ilə çıxacaq.

“Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa komandaya kömək edə bilməyəcək. Millinin düşərgəsində zədələnən 23 yaşlı futbolçu müalicə olunmaq üçün İspaniyaya qayıdıb.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 15.11.2025

Növbəti yazı

Mbappe Azərbaycanla matçı buraxacaq