Fransa millisində ciddi itki
Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək qarşıdakı oyunda iştirak etməyəcək.
Bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, 26 yaşlı hücumçu komandasının oktyabrın 13-də səfərdə keçirəcəyi İslandiya ilə oyununu buraxacaq.
Qeyd edək ki, Kilian Mbappe ötən gün Parisdə baş tutan Fransa-Azərbaycan oyununda(3:0) zədələnib və görüşün 83-cü dəqiqəsində əvəzlənib.












