Fransa millisində ciddi itki
“Bavariya”nın müdafiəçisi Dayot Upamekano zədələnib. O, Fransa millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Arxa xətt oyunçusu Bundesliqanın 6-cı turunun “Ayntraxt”la matçında (3:3) sağ bud nahiyəsindən əzələ zədəsi alıb. “Bavariya”nın futbolçusunun əvəzinə Millətlər Liqasının oyunları üçün Fransa millisinə “Sevilya”nın müdafiəçisi Loik Bade dəvət edilib.