Fransa klublarına cəza

Fransa klublarına cəza

Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komissiyası stadionlarda yaşanan qalmaqallarla bağlı cəzaları açıqlayıb. Azarkeşlər arasında baş verənləri müzakirə edən qurum Liqa1-in dörd klubunu cəzalandırıb.

“Lill”, “Lans” və “Marsel”in hesabından şərti 1 xal silinib. Bu, o deməkdir ki, belə hadisə təkrarlansa, onların aktivindən bir xal silinməli olacaq.

“Lill” və “Marsel” azarkeşləri dekabrın 31-dək səfər oyunlarında iştirak qadağası ilə üzləşib. “Lans”la “Anje” artıq bir qarşılaşmanı tamaşaçısız keçirdiklərindən 20 min avro cərimə ödəyəcək.

e-Topaz

Əvvəlki yazı

İtaliyanın rekord seriyası qırıldı

Növbəti yazı

“Ayaks”ın qapıçısı mövsümü bitirdi