Fransa – Azərbaycan oyununun hakimləri bəlli oldu

Fransa – Azərbaycan oyununun hakimləri bəlli oldu

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa – Azərbaycan oyununu norveçli hakim idarə edəcək. Baş hakim Rohit Saqqi olacaq.

Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.

VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Beşiktaş”ın yeni transfer hədəfi

Növbəti yazı

Yığmanın qapıçısı zədələndi