“Fortuna”da yeni baş məşqçi

“Fortuna”da yeni baş məşqçi

“Fortuna Sittard”ın yeni baş məşqçisi müəyyənləşib. Klub rəhbərliyi bu posta Xulio Velaskesi gətirib.

Mütəxəssisin son iş yeri “Alaves” olub. Mövsümə Şors Ultye ilə başlayan “Fortuna” avqustun 22-dən baş məşqçisiz idi. Mütəxəssis ardıcıl üç məğlubiyyətdən sonra istefaya göndərilmişdi. Komandaya müvəqqəti rəhbərlik edən Dominik Verqossenlə də iki oyunda xal qazanılmayıb.

Qeyd edək ki, “Fortuna” Niderland çempionatının 5 turundan sonra xal qazanmadan sonuncu pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”dan növbəti qələbə

Növbəti yazı

32 ilin ən gənc finalçısı