“Formula-2”: Sərbəst yürüşə start verildi
Bakıda keçirilən “Formula-2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
Mübarizəyə saat 10:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.












