“Formula 1”: İkinci gün start götürəcək
“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək. İlk olaraq pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Daha sonra “Formula-2″də sprint yarışı, ardınca “Formula-1″də sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
20 sentyabr
12:30. “Formula-1”: Üçüncü sərbəst yürüş
14:15. “Formula-2”: Sprint yarışı
16:00. “Formula-1”: Sıralama turu
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.












