Fonseka “Lion”da
“Lion”un baş məşqçisi bəlli olub. Komandanı Paolo Fonseka çalışdıracaq.
Tərəflər bu barədə şifahi razılığa gəliblər. Əvvəllər “Porto”, “Şaxtyor”, “Roma”, Fransada “Lill” kimi klubları çalışdıran Fonseka ötən il dekabrın 29-da “Milan”dan istefaya göndərilib.