Fofana əməliyyat olundu
“Çelsi”nin müdafiəçisi Vesli Fofana mövsümü başa vurub. Futbolçunun bu gün əməliyyat olunduğu açıqlanıb.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı fransalı İngiltərə Premyer Liqasının XXIX turu çərçivəsində “Arsenal”la görüşdə sıradan çıxmışdı.
Qeyd edək ki, Fofana “Çelsi” karyerasında zədələr səbəbilə 95 matçda iştirak edə bilməyib.