Foden Runinin rekordunu təkrarladı
“Mançester Siti”nin futbolçusu Fil Foden üçün Çempionlar Liqasının “Real”la görüşü (4:3) əlamətdar olub. O, “Mançester Yunayted”in sabiq oyunçusu Ueyn Runinin rekordunu təkrarlayıb.
Belə ki, Avropanın ən nüfuzlu klub turnirində 9-cu qoluna imza atan forvard 21 yaşda bunu bacaran ikinci ingiltərəli oyunçudur. Foden mövsüm başa çatmamış daha bir qol vursa, ölkəsinin tarixinə düşəcək.
Qeyd edək ki, “Real” – “Mançester Siti” duelinin cavab görüşü mayın 4-də keçiriləcək.