Foden Ronaldodan sonra ilk oldu

Foden Ronaldodan sonra ilk oldu

İngiltərə millisinin futbolçusu Fil Foden DÇ-2022-nin 1/8 final mərhələsinin Seneqalla oyununda iki assistə imza atıb. Yarımmüdafiəçi son 24 ildə mundialın pley-offunda bunu bacaran ən gənc oyunçudur.

Foden 22 yaş 190 günlüyündə iki qola məhsuldar ötürmə verib. Gənc yaşında buna nail olan sonuncu futbolçu Ronaldo olub.

“Yekədiş” ləqəbli braziliyalı DÇ-1998-də fərqlənib. 21 yaş 284 günlük hücumçu Danimarka ilə matçda iki assistə imza atıb.

Qeyd edək ki, Seneqalla qarşılaşan İngiltərə 3:0 hesablı qələbə qazanıb.

e-Topaz

Əvvəlki yazı

Braziliya və Xorvatiya asiyalılarla üz-üzə

Növbəti yazı

Seneqaldan antirekord