“Fluminense” yarımfinalda
Klublararası dünya çempionatında 1/4 final mərhələsinə start verilib. Mərhələnin ilk matçında “Fluminense” ilə “Əl-Hilal” qarşılaşıb.
Görüşdə qapılara 3 qol vurulub. Braziliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Dünya çempionatı
1/4 final
4 iyul
23:00. “Fluminense” (Braziliya) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 2:1
Qollar: Martinelli, 40, Herkules, 70 – Markos Leandro, 51