Florenzi istintaqa cəlb olundu
Milan”ın müdafiəçisi Alessandro Florenzi istintaqa cəlb olunub. Buna səbəb onun qeyri-qanuni mərc oynaması olub.
Bir neçə həftə əvvəl Sandro Tonali və Nikolo Fagiolinin diskvalifikasiya edilməsinin ardından “Milan” üzvü barəsində də eyni ittiham irəli sürülüb. Müdafiəçisinin də günahkar olduğu sübuta yetirilərsə, digərləri kimi o da futboldan uzaqlaşdırılacaq.