Florenzi əməliyyat olundu
“Milan”ın müdafiəçisi Alessandro Florenzi əməliyyat olunub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Bildirilir ki, sağ cinah müdafiəçisi bu gün sol dizindən əməliyyat keçirib. Tezliklə reabilitasiya prosesinə başlayacaq 31 yaşlı oyunçunun yaşıl meydanlara qayıtma tarixi bərpa dönəmindən asılı olacaq.
Qeyd edək ki, Alessandro Florenzi A seriyasının XXXI turunda “Bolonya” (0:0) ilə aprelin 4-də keçirilən oyunun yalnız son 15 dəqiqəsində meydanda olsa da, zədələnib.