Flikin Qoretska arzusu

Flikin Qoretska arzusu

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın heyətini gücləndirmək niyyətindədir. O, “Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska ilə maraqlanır.

Flik “Barselona” rəhbərliyinə bildirib ki, klubun qışda yeni futbolçu almağa imkanı çatsa, o zaman 29 yaşlı yarımmüdafiəçini komandasında görmək istəyir.

Almaniyalı futbolçu cari mövsümdə bütün turnirlər də daxil olmaqla 17 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Bayern”lə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

ETOPAZ

Əvvəlki yazı

“Napoli”nin Xviça planı

Növbəti yazı

“Difai”yə texniki məğlubiyyət verildi