Flik millidə işinə davam edəcək
Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik komandada qalacaq. O, yığmanın dünya çempionatındakı çıxışına baxmayaraq fəaliyyətini davam etdirəcək.
Millinin çalışdırıcısı Almaniya Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Qurumun rəsmi saytının məlumatına görə, onlar yığmanın hazırkı vəziyyəti və perspektivləri barədə mehriban və konstruktiv söhbət ediblər.