Flik ikinci pilləyə yüksəldi
İspaniya La Liqasının 27-ci turundan təxirə salınmış matç keçirilib. “Barselona” doğma meydanda “Osasuna”nı darmadağın edib – 3:0.
Bununla da, kataloniyalıların baş məşqçisi Hans-Diter Flik klub tarixində 10-dan çox matç keçirən mütəxəssislər arasında qalibiyyət faizinə görə ikinci pilləyə yüksəlib.
Almaniyalı məşqçi “Barselona”nın sükanı arxasında 75%-lik qələbə dərəcəsinə malikdir. O, bütün yarışlarda 44 matç keçirib və 33 qalibiyyət əldə edib. Klub tarixində ən yüksək faiz PSJ-yə rəhbərlik edən ispan mütəxəssis Luis Enrikeyə məxsusdur – 76,24%.