Flik cəzalandı
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik 2 oyunluq cəzalanıb. Bu qərarı İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi verib.
Almaniyalı mütəxəssis “Leqanes” və “Atletiko”ya qarşı ev oyunlarında texniki zonada olmayacaq. Buna Flikin La Liqanın XVI turunda “Betis”lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub. Klub qərardan apelyasiya şikayəti vermək niyyətindədir.
“Barselona” 17 turdan sonra 38 xalla İspaniya çempionatında liderlik edir.