Flik “Barselona”da qalacaq
“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin taleyi bəlli olub. Kataloniyalılar almaniyalı çalışdırıcının işindən çox razıdır.
Klub onunla yeni müqavilə imzalamaq istəyir.
Flikin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq və rəhbəlik təcrübəli mütəxəssisin sövdələşməsini 2 il daha uzatmaq niyyətindədir.
Qeyd edək ki, komanda onun rəhbərliyi altında La Liqa, Kral kuboku və UEFA Çempionlar Liqasında mübarizəsini davam etdirir.