Flekken Premyer Liqaya gedir
“Frayburq”un qapıçısı Mark Flekken karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır. Onun “Brentford”a keçəcəyi gözlənilir.
İngiltərə klubu 29 yaşlı əlcək sahibinin alınması ilə bağlı bəndi aktivləşdirməyi düşünür. Niderlandlının keçidi 13 milyon avroya başa gələcək.
Flekken 2018-ci ildən Bundesliqa klubunda forma geyinir. O, cari mövsümün 43 matçında 54 qol buraxıb. Qolkiper 16 quru oyun keçirib.