“Flamenqo”da yeni müqavilə
“Flamenqo” baş məşqçisi Filipe Luizlə bağlı qərarını verib. Klub 40 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb.
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Razılaşmaya əsasən, braziliyalı çalışdırıcı daha iki il komandanın baş məşqçisi vəzifəsində çalışacaq.
Qeyd edək ki, Filipe Luiz 2024-cü ildə “Flamenqo”nun baş məşqçisi təyin olunub.













