“Flamenqo” yarımfinalda uduzdu
Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşib. Yarımfinal sensasiya ilə başlayıb.
Braziliya “Flamenqo”su gözlənilmədən “Əl-Hilal”a uduzub. Səudiyyə Ərəbistanı təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.
Bu gün baş tutacaq digər yarımfinalda “Real” Misirin “Əl-Əhli” klubu ilə görüşəcək.
Qeyd edək ki, çempionat Mərakeşdə keçirilir.