Firmino Türkiyə yolunda
“Əl Əhli”nin hücumçusu Roberto Firmino Avropaya qayıda bilər. Braziliyalı forvardın xidməti “Fənərbaxça”ya təklif olunub.
33 yaşlı futbolçu 2023-cü ilin yayında “Liverpul”dan Səudiyyə Ərəbistanı klubuna keçib. Onun hazırkı komandası ilə müqaviləsi il yarımdan sonra başa çatacaq, buna baxmayaraq, vaxtaşırı onun mümkün gedişi ilə bağlı şayiələr yayılır.