“Fiorentina” “Arsenal”ın futbolçusunu transfer etdi

“Fiorentina” “Arsenal”ın futbolçusunu transfer etdi

“Arsenal”ın futbolçusu Lukas Toreyra “Fiorentina”ya keçib. İtaliya klubu icarə əsasında komandada çıxış edən 26 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer edib.

“Bənövşəyilər” Uruqvay millisinin üzvünü saxlamaq qərarına gəldiyindən, qarşı tərəflə təzminat məsələsində anlaşıb. Bu transfer İngiltərə klubuna 15 milyon avro qazandıracaq. Toreyra tezliklə A seriyası təmsilçisi ilə 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Lukas Toreyra bu mövsüm A seriyasında 27 oyuna çıxıb, 5 qol, 1 assistlə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Riversdən 100-cü qələbə

Növbəti yazı

“Qranada”da yeni baş məşqçi