“Finiks”dən böyük kambek
“Finiks” NBA-nın yeni mövsümünə kambeklə başlayıb. “Dallas”la üz-üzə gələn “Sanz” 107:105 hesabı ilə qələbə qazanıb.
“Maveriks” matçın gedişində 22 xal öndə olub. Lakin “Finiks” üçüncü hissənin əvvəlindəki 45:67 hesabından geridönüş etməyi bacarıb. Görüşün sonuna 8 dəqiqə qalmış isə 13 xal geridə olan (80:93) “Sans” yekunda qalib gəlib.
Qeyd edək ki, “Finiks” qələbəni əlavə vaxtda əldə edib.