“Finiks”də 224 milyonluq müqavilə
“Finiks” basketbolçusu Devin Bukerlə müqaviləni uzadıb. 25 yaşlı oyunçu lideri olduğu komandada qalmağa üstünlük verib.
Buker ötən mövsümdə orta hesabla 26,8 xal, 4,8 ötürmə, 5 ribaunda imza atıb. Devin 2015-ci ildən “Sans”ın şərəfini qoruyur.
Onun yenilənmiş müqaviləsi 4 il üçün nəzərdə tutulub. Basketbolçu bu müddətdə 224 milyon dollar qazanacaq.