“Finiks” yenidən zirvədə

“Finiks” yenidən zirvədə

NBA-da müntəzəm çempionatın lideri dəyişib. “Finiks” yenidən zirvəyə yüksəlib.

Bu, “Leykers”lə matçdan sonra gerçəkləşib. 108:90 hesabı ilə qalib gələn “Sans” liderliyi qaytarıb. Devin Buker bu görüşdə 24 xal, 9 ribaund və 7 ötürməyə imza atıb. Deandre Eyton 19 xal və 11 ribaundla yadda qalıb. Kris Pol 11 xal və 9 ötürmə müəllifidir.

30 oyunda 25 qələbə və 5 məğlubiyyəti olan “Finiks” “Qolden Steyt”i arxada qoyub.

e-Topaz

Əvvəlki yazı

Jaber koronavirusa yoluxdu

Növbəti yazı

Federasiyaya prezident seçildi