Finalissimanın vaxtı müəyyənləşdi
Avropa və Cənubi Amerika çempionları arasında keçirilən Finalissimanın vaxtı bəlli olub. Qarşılaşma 2026-cı ilin martında keçiriləcək.
Bu matçda İspaniya və Argentina üz-üzə gələcək. Oyunla bağlı detallar FİFA-nın Paraqvayda keçirilən Konqresində müzakirə olunub.
Qeyd edək ki, 2022-ci ildə Finalissimada Argentina İtaliyanı 3:0 hesabı ilə məğlub edib.