Finalissimanın ən yaxşısı Messi seçildi
Argentina Finalissimanın qalibi olub. Cənubi amerikalılar İtaliyanı məğlub edib.
Matçdan sonra görüşün ən yaxşısına xüsusi mükafat verilib. Bu ada Lionel Messi layiq görülüb.
Qeyd edək ki, Argentinanın qalib gəldiyi oyunda Messi iki assistlə yadda qalıb.