Finalın vaxtı dəyişdirildi
Qadın tennisçilər arasında ilin yekun turnirinin yarımfinal görüşü yarımçıq qalıb. İqa Şventeklə Arina Sobolenko arasında matç yağış üzündən dayandırılıb.
Qarşılaşma sabah davam etdiriləcək. Birinci setdə Şventek 2:1 hesabı ilə öndə olduğu vaxt matçın dayandırılması qərara alınıb.
Bu üzdən finalın da vaxtı dəyişdirilib. Həlledici qarşılaşma noyabrın 7-də baş tutacaq.
Qeyd edək ki, digər yarımfinalda Cessika Pequla Kori Qauffa qalib gəlib.