Finalın adı: ”Sevilya” – “Roma”

Finalın adı: ”Sevilya” – “Roma”

Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Raundun cavab qarşılaşmaları keçirilib.

“Roma” ”Bayer”in qonağı olub. Qarşılıqlı hücumlarla keçən matçda qol vurulmayıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan ”canavarlar” finala yüksəlib.

“Sevilya” isə “Yuventus”u qəbul edib. 1:1-lik heç-heçənin revanşını qarşılıqlı hücumlarla keçib. Hesab ikinci hissədə açılıb. Duşan Vlahoviç qonaqları sevindirib. Lakin çox keçmədən Sosa oyuna bərabərlik gətirib. Əlavə vaxtda Erik Lamela meydan sahiblərini finala daşıyan qolu vurub – 2:1.

ETOPAZ

Əvvəlki yazı

Emeqa “Roma”nın hədəfində

Növbəti yazı

Konfrans Liqasında finalçılar bəlli oldu