Finalın adı: “Qolden Steyt” – “Boston”

Finalın adı: “Qolden Steyt” – “Boston”

NBA-da mövsümün finalının adına aydınlıq gəlib. Həlledici qarşılaşmada “Qolden Steyt”in rəqibi “Boston” olacaq.

“Seltiks” Şərq Konfransı finalının 7-ci oyununda “Mayami”ni məğlub edib. 100:96 hesabı ilə qələbə qazanan “Boston” ümumi nəticədə rəqibini üstələyib – 4:3.

Görüşün ilk rübündə “yaşıllar” 32:17 hesabı ilə öndə olub. “Seltiks” 7-ci oyunda səfərdə 12 dəqiqə ərzində +15-ə çatan ilk komanda olub. Bu, mütləq NBA rekordudur. Buna qədər ən yaxşı nailiyyət 1977-ci ildə “Qolden Steyt” tərəfindən “Leykers”lə matçda müəyyən edilmişdi – +11.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da ayrılıq

Növbəti yazı

Kudermetovadan ilk