Finalın adı bəlli oldu: “Çelsi” – “Betis”
Bu gün UEFA Konfrans Liqasında finalçılar bəlli olub. “Çelsi” evdə İsveçin “Yurqorden” komandasını qəbul edib.
London klubu minimalhesablı qələbə qazanıb.
“Fiorentina” isə “Betis”lə qarşılaşıb. Görüş 2:1 hesabı ilə nəticələndiyindən qalib əlavə vaxtda müəyyənləşib. “Betis” həlledici topu rəqib qapısından keçirərək finalda oynamaq imkanı əldə edib.
UEFA Konfrans Liqası
Yarımfinal, cavab oyunları
8 may
23:00. “Çelsi” – “Yurqorden” – 1:0
Qol: Deusberi-Hall, 38
İlk oyun – 4:1
23:00. “Fiorentina” – “Betis” – 2:1, ə.v. 0:1
Qollar: Qosens, 34; 42 – Antoni, 30. Ezzalzuli, 98
İlk oyun – 1:2