Finalın ən yaxşısı
Konfrans Liqasının final oyununun ən yaxşı futbolçusu açıqlanıb. Bu mükafata Koul Palmer layiq görülüb.
“Çelsi”nin yarımmüdafiəçisi “Betis”lə görüşdə fərqlənib. O, iki qol assistinə imza atıb.
Qeyd edək ki, İngiltərə klubu bu matçda 4:1 hesablı qələbə qazanıb.