Finalda ənənəyə davam: Qol vur, kuboku qazan
Çempionlar Liqasının finalında “İnter”lə qarşılaşan PSJ 5:0 hesablı qələbə qazanıb. Bununla da həlledici görüşlərdəki seriya 7 oyuna çatıb.
Belə ki, qitənin ən nüfuzlu klub turnirinin son 7 finalında qol vuran komanda qalib gəlib. 2018/19 mövsümündən başlayan seriya müddətində yalnız quruhesablı nəticələr qeydə alınıb.
Öncə “Liverpul” “Tottenhem”i 2 qolla məğlub edib. Sonrakı illərdə “Bavariya” PSJ-ni, “Çelsi” “Mançester Siti”ni, “Real” “Liverpul”u, “Mançester Siti” “İnter”i 1 qolla üstələyib. Ötən finalda isə “Real” Dortmund “Borussiya”sına 2 top vurub.