Finalçılar müəyyənləşdi
Avrobasket-2022-də finalçılar bəlli olub. Almaniyanın paytaxtı Berlində təşkil olunan yarımfinal oyunlarında İspaniya və Fransa milliləri qalib gəlib.
Pireneylilər meydan sahibləri ilə qarşılaşmada çətin qələbə qazanıb – 96:91. Fransa isə Polşanı asanlıqla
məğlubiyyətə uğradıb – 95:54.
Sabah baş tutacaq final qarşılaşmasaında Fransa ilə İspaniya üz-üzə gələcək. Polşa ilə Almaniya bürünc medalın taleyinə aydınlıq gətirəcək.