Finalçılar bəlli oldu

Finalçılar bəlli oldu

Afrika Millətlər Kubokunda finalçılar bəlli olub. Yarımfinalın ilk matçında Seneqal millisi Misir yığması ilə üz-üzə gəlib.

Gərgin keçən oyunun taleyini bir qol həll edib. Sadio Manenin 78-ci dəqiqədə vurduğu qolla Seneqal millisi adını finala yazdırıb – 1:0.

Digər yarımfinal görüşündə Nigeriya Mərakeşlə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Mərakeş finalda Seneqalın rəqibi olub – 4:2.

ETOPAZ

Əvvəlki yazı

“Şəki” 1/4 finalda

Növbəti yazı

I Liqa klubunda qabonlu müdafiəçi