Final oyunlarının hakimləri açıqlandı
Avrokuboklarda final oyunlarının hakimləri müəyyənləşib. Çempionlar Liqasında “İnter” və “Mançester Siti” arasında keçiriləcək matçı Şimon Marçinyak idarə edəcək.
Avropa Liqasının “Roma” – “Sevilya” qarşılaşmasında Entoni Teylor ədaləti qoruyacaq. Karlos Del Serro Qrande isə Konfrans Liqasının qalibinin müəyyənləşəcəyi “Fiorentina” – “Vest Hem” görüşündə fit çalacaq.
Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici matç isə iyunun 7-də oynanılacaq.