“Filadelfiya”nın üçüncüsü
“Filadelfiya”nın basketbolçusu Coel Embiid karyerasının rekordunu təkrarlayıb. O, “Orlando” ilə görüşdə 123:110 hesablı qələbəyə 50 xalla töhfə verib.
Coel meydanda 27 dəqiqə olub. NBA-da dəqiqələrin hesablandığı dövrdə yalnız bir oyunçu daha az müddət keçirdiyi qarşılaşmada minimum 50 xal yığıb. 2018-ci ildə “Qolden Steyt”in üzvü Kley Tompson 26 dəqiqə 33 saniyə keçirdiyi matçda 52 xala sevinib.
Embiid “Filadelfiya”nın tarixinə birdən artıq matçda 50 və ya daha çox xal toplayan üçüncü basketbolçu kimi düşüb. Onadək Uilt Çemberlen və Allen Ayverson buna nail olub.