FİFA-dan “Sivasspor”a cəza

FİFA-dan “Sivasspor”a cəza

Türkiyənin “Sivasspor” klubu cəzalandırılıb. Bu barədə qərarı FİFA verib.

Qurum Super Liqa təmsilçisinə transfer qadağası qoyub. Sivas klubu 3 transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Bu cəzaya klubun maliyyə və müqavilə öhdəliklərini yerinə yetirməməsi səbəb olub.

Qeyd edək ki, 24 oyunda 24 xal toplayan “Sivasspor” Super Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Turan Tovuz”la “Sabah”ın ev oyunlarının vaxtı dəyişdirildi

Növbəti yazı

Vlahoviç “Fənərbaxça”nın hədəfində