FİFA-dan Macarıstana ağır cəza
FİFA Macarıstan millisini cəzalandırıb. Buna azarkeşlərin davranışı səbəb olub.
DÇ-2022-nin seçmə mərhələsinin İngiltərə ilə oyununda macarıstanlı fanatlar irqçiliyə yol veriblər. Bu üzdən Macarıstan millisi seçmə mərhələnin növbəti oyununu tamaşaçısız keçirəcək.
Oktyabrın 9-da Albaniyaya qarşı matç boş tribunalar önündə baş tutacaq. Bundan başqa, Macarıstan Futbol Federasiyası 200 min İsveçrə frankı cərimə ödəyəcək. Bu, qurumun ən ağır maliyyə cəzalarından sayılır.
FİFA Macarıstan yığmasına daha bir oyunluq şərti cəza verib. Əgər 2 il ərzində azarkeşlərlə bağlı insident yaşansa, daha bir görüş tamaşaçısız keçiriləcək.
Xatırladaq ki, İngiltərə ilə görüşdə azarkeşlər Rahim Sterlinq və Cud Bellinhemin ünvanına meymun səsləri çıxarıblar.