FİFA-dan cəza
FİFA Albaniya Futbol Federasiyasını cəzalandırıb. Buna DÇ-2022-nin seçmə mərhələsinin Albaniya – Polşa matçında baş verənlər səbəb olub. Həmin oyun azarkeşlərin davranışları səbəbindən dayandırılıb və fasilədən sonra bərpa edilib.
FİFA milli assosiasiyanı 150 min İsveçrə frankı məbləğində cərimələyib. Albaniya millisi Andorraya qarşı seçmə mərhələnin sonuncu ev matçını azarkeşsiz keçirəcək.
Xatırladaq ki, Polşa Albaniya ilə səfər matçında 1:0 hesablı qələbə qazanıb. Qalmaqal da 77-ci dəqiqədəki qoldan sonra yaranıb. Fanatların meydana yad əşyalar atması üzündən baş hakim komandaları paltardəyişmə otağına göndərib. Görüş qısa fasilədən sonra davam etdirilib.